Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar


Digərləri 30 Dek 2017 11:36:00 378 0

Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar

Sonra "Eşitməmişik, bilmirik" deməyin!

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun artıq rəsmi hüquqi qüvvəsini almış sayıla bilər.

Son.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, Qanunda tütündən istifadə (siqaret çəkmə) ilə bağlı çox ciddi məhdudiyyətlər var: "Əsas məsələ bunun qadağan edildiyi yerlərdir. Həm də qadağan edilən yerdə çəkməyə görə məsuliyyət (30 manat cərimə) də var. Düzdür, cərimə dərhal tətbiq edilməyəcək. Bunun üçün İnzibati Xətalar Məcəlləsində (İXM) də yüngülvari dəyişikliklər lazımdır, həm də bir müddət güclü təbliğat getsə, yaxşı olar. Məlumat üçün qeyd edim ki, məsələn, təhsil və tərbiyə müəssisələrinin, səhiyyə və tibbi-reabilitasiya müəssisələrinin nəinki daxilində, hətta onların həyətində (ərazilərində) də siqaret çəkmək birmənalı olaraq qadağandır. Bunu uşaq dalınca gedərkən məktəbin qabağında siqaret çəkənlər yaxşı yadda saxlasınlar".

Əsas məhdudiyyətlərin mahiyyəti ilə Qanunun 10-cu maddəsinə və İXM-in 212-ci maddəsini oxumaqla tanış olmaq olar:

Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər

10.1. Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

10.1.2. səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

10.1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

10.1.5. ticarət obyektlərində;

10.1.6. məişət obyektlərində;

10.1.7. sosial xidmət müəssisələrində;

10.1.8. yerləşdirmə vasitələrində;

10.1.9. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

10.1.10. uşaq meydançalarında;

10.1.11. yerüstü qapalı və yeraltı piyada keçidlərində;