"Azərbaycanda vərəmdən ölüm göstəricisi aşağı düşüb"


Digərləri 30 Dek 2017 11:26:00 246 0

"Azərbaycanda vərəmdən ölüm göstəricisi aşağı düşüb"

"Son üç ildə vərəmlə bağlı göstəricilərdə dinamik azalmaya nail olunub".

Son.az report-a istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

Onun sözlərinə görə, 2010-cu ildə hər 100 min nəfərə xəstələnmə göstəricisi 53 idisə, hazırda bu rəqəm 39-dur: "İlkin aşkarlanan vərəm hallarının sayı 21 faiz azalıb. Bu il vərəmdən ölüm göstəricisi də aşağı düşüb. Belə ki, 2010-cu ildə hər 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil edirdisə, 2016-cı ildə 4,6 olub, 2017-ci ildə isə ilkin göstərici 4,5 təşkil edir. Vərəmin gecikmiş və yayılmış formalarında da 2010-cu illə müqayisədə 2 dəfə azalma var".

H.Qədirova Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, bu ilin iyun ayından çoxsaylı dərmanlara davamlı vərəm xəstələrinin müalicəsinə başlanıldığını, bu günədək 183 xəstənin həmin müalicəyə qoşulduğunu da vurğulayıb.