Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirdi Apellyasiya şikayəti verdi


Digərləri 30 Dek 2017 11:04:00 345 0

Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirdi  Apellyasiya şikayəti verdi

Bakıda qətl törətməkdə təqsirləndirilən İbrahim Sadıqov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 4-nə təyin edilib.

Şikayətə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

İttiham aktına əsasən, hadisə ötən il fevralın 15-də baş verib. İ.Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.

Belə ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov G.Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqova xalası qızı ilə danışmağa icazə verməyib. Bu zaman İ.Sadıqov daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İ.Sadıqovun bu zarafatı İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman hər iki şəxs telefonda mübahisə etməyə başlayıb.