"Təəssüf ki, bəzən təbabət elmimiz sovet dövründən qalma mövzuları tədqiq edir"


Digərləri 30 Dek 2017 10:51:00 290 0

"Təəssüf ki, bəzən təbabət elmimiz sovet dövründən qalma mövzuları tədqiq edir"

"Təəssüf ki, bəzən təbabət elmimiz zamanla ayaqlaşmayan, sovet dövründən qalma mövzuları tədqiq edir".

Son.az Trend-ə istinadən xəbəır verir ki, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir səhiyyə sahəsində əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də mövcud olduğunu, bu gün bütün diqqətin onların həllinə yönəldilməsinin vacibliyini vurğulayıb.

O.Şirəliyev səhiyyədə mövcud problemlərin kökündən həll edilməsində müasir elmi yanaşmanın, elmi tədqiqat institutlarının müasir tələblərə uyğun fəaliyyət göstərməsinin önəmini qeyd edib:

"Azərbaycan Milli Elmlər Akademiyası ilə razılıq əldə olunub, tibb elminin ölkə üçün aktual istiqamətlərini müəyyənləşdirmək məqsədilə Akademiyanın institutlarının, Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarının, Tibb Universitetinin və Həkimləri Təkmilləşdirmə İnstitutunun iştirakı ilə geniş toplantı keçirilməsi planlaşdırılır".