İranda "etiraz"lar oldu: tanış ssenari ilə yeni oyun FOTO VİDEO


Digərləri 30 Dek 2017 11:00:00 287 0

İranda  "etiraz"lar oldu: tanış ssenari ilə yeni oyun  FOTO  VİDEO

İranda 2009-cu ildən bəri ən kütləvi etiraz aksiyaları keçirilir. Nümayişlər və yürüşlər cümə axşamı ölkənin şimal-şərqindəki Məşhəd şəhərində başlanıb, sonra isə Rəşt, Kirmanşah, İsfəhan, Həmədan şəhərlərinə yayılıb.

Son.az Reuters-ə istinadən bildirir ki, paytaxt Tehranda da etiraz aksiyaları olub. Polis aksiyaları dağıdıb, onlarla insanı həbs edib.

Etiraz nümayişlərinin səbəbi qiymətlərin bahalaşması idi. Lakin az sonra aksiyalar dövlət siyasətinə və klerikal üsul-idarəyə qarşı çevrilib. Nümayiş iştirakçıları İran hakimiyətini çoxsaylı münaqişələrə aktiv müdaxilə etməkdə və bütün bunları ölkəyə baha başa gəlməsində suçlayırlar.

İranın nüfuzlu ruhaniləri arasında bir neçə şəxs dövlət qurumlarını etiraz aksiyaları sərt şəkildə yatırmağa çağırıblar.

Al Arabiya telekanalının məlumatına görə, etiraz aksiyalrının 59 iştirakçısı həbs olunub.

Aksiyaların spontan olmadığı, əvvəlcədən, peşəkarlıqla təşkil olunduğu şübhə doğurmur. Belə ki, ilkin olaraq guya qiymət bahalaşmasına etiraz edənlər az sonra "Ruhaniyə ölüm!", "Qəzzada yox, Livanda yox, İranda yaşayıram!", "Xarici siyasət məni üstəmələməlidir" və s. tipli şüarlar qışqırmağa başlamışdılar.

Və o da təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp Twitter-dəki səhifəsində yazıb: "İranda hakim rejimin korrupsiyasından və milli sərvətləri xaricdəki terrorizmi maliyyələşdirmək üçün səpələnməsinlən bezən insanların dinc etiraz aksiyaları barədə çox xəbərlər gəlir. İranın hakimiyyət dairələri vətəndaşların hüquqlarına, xüsusilə də sərbəst toplaşmaq və ifadə azadlığına sayğı ilə yanaşmalıdır. Dünya müşahidə edir!"