Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir


Digərləri 30 Dek 2017 10:50:00 278 0

Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir.

Bakı. General-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün saat 11:00-dan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.