İllər sonra etiraf etdi:


Dünya 30 Dek 2017 10:26:00 252 0

İllər sonra etiraf etdi:

36 ildir ekranın ən çox axtarılan ulduzlarından biri olan Drev Barrymore uşaqkən anasının onu 80 yaşlı qadınlar kimi geyindirdiyini etiraf edib.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, "InStyle"ın fevral nömrəsinin qonağı olan Drev Barrymore jurnala maraqlı etirafları ilə diqqət çəkib. Altı yaşında oynadığı "ET" filmiylə dünya çapında məşhurlaşan aktrisa anası ilə bağlı bir etiraf edib:

"Anam məni 80 yaşlı qadınlar kimi geyindirirdi" deyən Barrymore evdə çox az zaman keçirdiklərini və tez-tez partilərdə vaxt keçirdikləri üçün çılğın bir uşaqlıq yaşadığını qeyd edib.

Uşaqlıq və gənclik illərini əylənməklə keçirdiyini deyən aktrisa: "Sanıram bu səbəbdən hal-hazırda məni evdən çıxarmaq üçün krana ehtiyac var" ifadələrini işlədib.


Xəbərə aid foto