Son iki ildə şimal regionunda dölün antenatal ölüm sayı 56 faizədək azalıb


Sosial 30 Dek 2017 10:15:34 285 0

Son iki ildə şimal regionunda dölün antenatal ölüm sayı 56 faizədək azalıb

Erkən neonatal ölüm ötən illərə nisbətən 21 faizdən 5,8 faizə qədər azalıb

Son iki ildə şimal regionunun hər bölgəsində antenatal nəzarət gücləndirilib, nəticədə dölün antenatal ölüm sayı 56 faizədək azalıb.

“Report” xəbər verir ki, bunu Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi müəssisədə hər il 3000-dən artıq doğuş qəbul edilib: "Bunlardan 47 faizi risk qrupuna aid olub. İl ərzində ağır qanaxmaların sayı sıfıra enib".

Ş.Həsənova bildirib ki, bu il ətraf rayonlardan kritik vəziyyətdə daxil olan 8 preeklampsiyalı hamilənin hər birinin uşağı və özü xilas edilib, erkən neonatal ölüm ötən illərə nisbətən 21 faizdən 5,8 faizə qədər azalıb.