Yeni ildə qırmızı alt paltar hədiyyə edilməsinin əsl səbəbi


Digərləri 30 Dek 2017 09:44:00 285 0

Yeni ildə qırmızı alt paltar hədiyyə edilməsinin əsl səbəbi

Bir çox ölkələrdə, xüsusən də Amerikada qadınlar Yeni il gecəsi qırmızı alt paltarı geyinib, bir-birlərinə qırmızı alt paltarı hədiyyə edirlər. Onların inanclarına görə bu şans gətirir.

Son.az Haberler-ə istinadla xəbər verir ki, əslində isə bu uydurulmuş fantaziya məhsulundan başqa bir şey deyil. Belə ki, 1950-ci illərdə  qadın alt paltarları şirkəti olan Henry George adlı şəxs şirkəti iflas etdikdən sonra malları ziyan olmasın deyə qırmızı alt paltarlarının satılması barədə belə bir fikir irəli sürüb və 2 tanış qıza pulsuz hədiyyə verib və onlara şans gətirəcəyini söyləyib. Bununla da bu uydurulmuş fikir zamanla bütün dünyaya yayılıb.