“Facebook” Kadırovu bloklamasının səbəbini açıqladı


Digərləri 30 Dek 2017 08:25:00 345 0

“Facebook” Kadırovu bloklamasının səbəbini açıqladı

Çeçenistan lideri Ramzan Kadırovun "Facebook" və "Instagram" səhifələrinin bloklanmasının səbəbi açıqlanıb.

Son.az lent.az-a istinadən bildirir ki, bu qərar ABŞ tərəfindən R. Kadırova sanksiyanın tətbiq olunması ilə əlaqədardır.   "Həmin akkauntlar ABŞ-da ticarət-iqtisadi sanksiyaların tətbiq olunduğu xüsusi kateqoriyalı və yasaqlı şəxslərin siyahısındakı şəxsə məxsus idi və ya onun adına açılmışdı. Bununla əlaqədar "Facebook" bu şəxsin səhifələrinin deaktiv edilməsi yönündə hüquqi məsuliyyət daşıyır", - deyə "Facebook"dan bildirilib.      Xatırladaq ki, ABŞ ötən həftə "Maqnitski Aktı" çərçivəsində Ramzan Kadırova sanksiya tətbiq edib. Dekabrın 23-də R. Kadırovun "Facebook" və "Instagram" səhifələri bloklanıb.