"HeadHunter" "Job.ru"nu aldı


Digərləri 30 Dek 2017 08:15:00 337 0

"HeadHunter" "Job.ru"nu aldı

Rusiyanın "HeadHunter" rekrutinq şirkəti iş və işçi axtarışı üzrə tanınmış xidmət olan "Job.ru" portalını satın almağa hazırlaşır. 

Son.az lent.az-a istinadən bildirir ki, sövdələşmənin miqdarı açıqlanmır. Alqı-satqı işi 2018-ci il yanvarın sonunda tamamlanacaq. Artıq "Job.ru"da saytın bağlanması barədə elan var və orada "HeadHunter"ə aid "hh.ru"ya keçid etmək təklif olunur.     "Job.ru"nun komandasında gəlincə, "HeadHunter" əməkdaşlarla müsahibə apardıqdan sonra onların ən yaxşılarını işə qəbul etməyə hazırdır.   Qeyd edək ki, "Job.ru" portalı "Pronto media" holdinqinin aktivlərindən biridir. Noyabrın sonunda holdinq zərərlə işlədikləri üçün "Job.ru" portalı və "irr.ru" (İz ruk v ruki) saytını bağlayacağını açıqlayıb.   "HeadHunter" isə iqtisadiyyatın bütün sektorları üçün işçi axtarışı ilə məşğul olan online platformadır.