İsveçin Malmö şəhərində polis avtomobili partladılıb


Dünya 30 Dek 2017 06:44:23 261 0

İsveçin Malmö şəhərində polis avtomobili partladılıb

Nəticədə 22 və 25 yaşlı iki kişi saxlanılıb

İsveçin Malmö şəhərində polis avtomobili partladılıb. 

"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, hadisə yeri mühasirəyə alınıb, əraziyə minaaxtaranlar cəlb olunub.

Faktla əlaqədar 22 və 25 yaşlı iki kişi saxlanılıb. Onlar partlayışın təşkilində əlbir olmaqda şübhəli bilinir.

Polis əməkdaşları şahidləri sorğu-sual edir, axtarışlar aparır. Hadisənin səbəbləri açıqlanmır.