Günün qoroskopu: eyhamlardan qaçın, fikrinizi açıqaşkar deyin


Digərləri 30 Dek 2017 00:01:00 339 0

Günün qoroskopu: eyhamlardan qaçın, fikrinizi açıqaşkar deyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Eyhamlardan qaçın, fikrinizi açıq-aşkar deyin, üstüörtülü danışığınızı anlamaya bilərlər. Planlaşdırılmamış səfərlər yeni tanışlar tapmağa imkan yaradacaq. Fiziki iş və idmanla məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı prosedurlar faydalı və səmərəlidir. Əvvəlcədən qurulmuş planlara riayət etmək məsləhətdir.

Buğa - Tamamilə maraq dairənizdən kənar işlərə vaxt sərf edirsinizsə, nailiyyət qazanacağınıza ümid etməyin: nəticələr həddən artıq zəif və sönük olacaq. Həmfikirlərlə ünsiyyət üçün yaxşı gündür. Dostlar və qohumlarla heç də həmişə ortaq məxrəcə gəlmək olmur. Bu gün müştərək bir işə başlayacaqsınızsa, o zaman əvvəlcədən başçının kim olacağını təyin etmək lazımdır.

Əkizlər - Kommersiya fəaliyyəti, işgüzar əlaqələrin qurulması üçün münasib gündür. Ənənəyə riayət etmək və yoxlanılmış metodlarla işləmək vacib deyil - improvizə, eksperiment etmək, yenilikləri sınaqdan keçirmək olar.

Xərçəng - Cazibədarsınız və qarşı cinsin nümayəndələri bunun fərqindədirlər. Onlar tərəfdən diqqətin azlığından şikayət etməyəcəksiniz. Köhnə dostlarınızı sözsüz də başa düşürsünüz, elə yeni tanışlarınızla da pis anlaşmırsınız. Qəfil səfərlər xoş sürprizlər vəd edir.

Şir - Uğurlu gündür. Vaxtınızı hədər yerə sərf etməsəniz, çox şey qazana bilərsiniz. Sərbəstlik göstərmək, əvvəllər heç kimin təqdirini qazanmamış müəyyən planlarınızı gerçəkləşdirmək üçün yaranan yaxşı imkandan istifadə etməyə çalışın. İstənilən problemin həllinə yaradıcı yanaşın.   Gün xoş ünsiyyət vəd edir. Yeni tanışlıqlar mümkündür, amma bunların ciddi münasibətlərə çevriləcəyi ağlabatan deyil. Valideyn Şirləri uşaqlarının uğurları sevindirəcək. Ailə tədbirləri, bayramlar əla keçəcək.

Qız - Enerji və gücünüzün artdığını hiss edirsiniz. Özünüzə inamınız çoxalır. Bir qədər əvvəl mümkünsüz görünən bəzi planlarınızı gerçəkləşdirməyə nail olursunuz. Əvvəllər dil tapa bilmədiyiniz insanlar da sizə yardım edirlər. Rəhbərliklə, nüfuzlu şəxslərlə münasibətləriniz yaxşılaşır. Sahibkarlıq fəaliyyəti, biznesdə istənilən başlanğıc üçün əla gündür. Əgər özünüzü itirməyib vaxtında təşəbbüs göstərsəniz, sevgidə də bəxtiniz gətirəcək. İri alış-veriş, bədxərclik məsləhət deyil.

Tərəzi - Ehtiyatlı, diqqətli, nəyə gücünün yetdiyini bilənlər daha uğurlu olacaqlar. Həm peşəkar, həm şəxsi işlərlə məşğul olmaq lazım gələcək: gün çox dolu və yorucu olacaq. Axşam vacib xəbərlər, sizi səfərə çıxmağa, yaxud qəhrəmanlıqlar göstərməyə məcbur edən məlumatlar ala bilərsiniz. Tərəfdaşların və həmfikirlərin dəstəyinə güvənmək olar.