İsrail UNESCOdan çıxıb


Dünya 29 Dek 2017 23:42:00 314 0

İsrail UNESCOdan çıxıb

UNESCO-nun baş katibi Odre Azule İsrailin hakimiyyət orqanlarından ölkənin təşkilatın sıralarından çıxmağı ilə bağlı bildiriş alıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Baş katibin təşkilatın rəsmi saytında yerləşdirilən bəyanatında deyilir.

"UNESCO-nu Baş katibi olaraq, 31 dekabr 2018-ci ildə İsrailin təşkilatdan çıxması ilə bağlı bildiriş almışam. Çox təəssüf edirəm, çünki dövlətlət məhz UNESCO-nun tərkibində, onun xaricində yox, təşkilatın kompetensiyalarına aid sahələrdə fikir arılıqlarını həll etməkdə kömək əldə edə bilər", - deyə bəyanatda bildirilir.