Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacının 99,65%ni ödəyəcək


Digərləri 29 Dek 2017 23:24:00 257 0

Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacının 99,65%ni ödəyəcək

2018-ci ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunur.

Son.az bildirir ki, APA-nın Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə əsasən, bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək.

Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini "SOCAR" şirkətindən, 813 mln. kub metrini isə "Şahdəniz" yatağından əldə edəcək.  Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.