Yeni ili qarşılaya biləcəyiniz ən gözəl şəhərlər SİYAHI


Digərləri 29 Dek 2017 23:30:00 248 0

Yeni ili qarşılaya biləcəyiniz ən gözəl şəhərlər  SİYAHI

Yeni ilə sayılı günlər qalıb. "Yeni il xarici ölkələrdə daha gözəl qeyd olunur", - deyə düşünürsüzsə, Son.az ailem.az-a istinadən Yeni ili keçirə biləcəyiniz ən gözəl şəhərləri təqdim edir.

Las Veqas - Məşhur otellər fərqli yeni il partiləri təşkil edir. Göz qamaşdırıcı fişəng partlayışları nümayiş etdirilir.

Nyu Yorkun yeni ildə ən sevilən yeri "Times" meydanıdır. Yeni ildə məşhur ifaçılar səhnəyə çıxır, fişənglər atılır. İnsanlar çox əylənir. "Bronx" heyvanlar bağında təşkil edilən yeni il şənliyində isə işıqlandırılan dəvə, qaplan, timsah heykəlləri arasında bayram mahnıları ifa olunur.

Parisdə yeni il günü "Champs Elysees" bulvarı və Eyfel qülləsi ətrafındakı meydanlarda tamamilə tıxac yaşanır. "Champs Elysees"lə kəndin ən önəmli tarixi əsərləri işıqlandırılaraq bəzədilir. Saat 24:00-da Trocadero meydanındakı "Chaillot" sarayının arxasından və Eyfel qülləsindən möhtəşəm fişəng nümayişi başlanır. İnsanlar qucaqlaşaraq öpüşürlər. İçkilərini bir-birinə təklif edərək "Bonne anne" deyərək qışqırırlar.

Saatlar 23:00-ı göstərən kimi Rusiyadakı bütün kənd, qəsəbələr boşalır. Göy üzündə milyonlarla fişənglər partladılır. Sonra insanlar şampan şüşələri ilə küçələrə çıxır. Daha çox "Qızıl meydan"da görüşüb əylənirlər.

Yeni il üçün Praqa küçələri bəzədilir. İnsanlar bir araya gələrək yemək yeyib, şərab içərlər. "Charles" körpüsü üzərində havaya fişənglər atılır. İnsanlar əlinə içkisini alıb qələbəliyə qarışırlar.

Rio De Janeyro. Braziliyalılar yeni il gecəsi günün ilk işıqlarına kimi içki içib,  rəqs edərlər. Lüks sahil otellərində yeni il partiləri təşkil edilir. İnsanlar ağ paltarlar geyinərək əllərində daşıdıqları şamları inandıqları dəniz ilahəsi Lemanjaya təqdim edərlər.