Qəzza zolağında İsrail hərbçiləri ilə baş verən qarşıdurmalarda yaralanan fələstinlilərin sayı 300 nəfəri ötüb - YENİLƏNİB
Dünya 29 Dek 2017 22:41:00 307 0
Yaralılara tibbi xidmət göstərilib
"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən və Fələstinin Qırmızı Aypara Cəmiyyətindən bildirilib.
Qeyd edilir ki, Qəzza zolağında xəsarət alanların sayı 170 nəfərə çatıb. Onlardan 50-i odlu silahdan açılan atəşlə yaralanıblar. Daha 120 nəfər gözyaşardıcı qazdan istifadə zamanı zəhərlənib.
Qarşıdurmalar zamanı ümumilikdə 304 nəfər xəsarət alıb. Nazirliyin nümayəndəsi Əşrəf əl-Kedra bildirib ki, yaralılara tibbi xidmət göstərilib.
***20:19
Qəzza zolağında İsrail hərbçiləri ilə baş verən qarşıdurmalar zamanı yüzlərlə fələstinli yaralanıb.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildiriblər.
Nazirliyin mətbuat nümayəndəsi Əşrəf əl-Kedranın sözlərinə görə, döyüş güllələri ilə yaralanan 34 nəfər xəstəxanaya yerləşdirilib: "İki nəfərin vəziyyəti ağırdır. Daha 64 nəfər qazdan zəhərlənəndir. Onlara yerindəcə yardım edilib".
Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Erab əl-Fukaha bildirib ki, tibb işçiləri İordan çayının qərb sahilində daha 130 fələstinliyə təcili yardım göstərib: "Onlardan 4-ü döyüş gülləsi, digərləri isə rezin güllələrdən yaralanıb. Bəzi insanlar gözyaşardıcı qazdan zəhərlənib".