İran polisi icazəsiz mitinqin 50-dən iştirakçısını həbs edib


Dünya 29 Dek 2017 21:57:25 279 0

İran polisi icazəsiz mitinqin 50-dən iştirakçısını həbs edib

Həbs edilənlər işsizliyin artmasına etiraz olaraq keçirilən icazəsiz mitnqdə iştirak edib

İran polisi Məşhəd şəhərində icazəsiz mitinq zamanı dövlət əmlakına zərər vuran 52 nəfəri həbs edib.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Rəzavi Xorasan vilayətinin polis rəisi bildirib.

Həbs edilənlər işsizliyin artmasına etiraz olaraq keçirilən icazəsiz mitinqdə iştirak edib.

Qeyd edək ki, İsfahan rəhbərliyi son 9 ay ərzində şirkətlərin iflas etməsi səbəbindən 26 mindən çox insanın işdən azad olunduğunu vurğulayaraq, işsizlik böhranının daha da dərinləşməsi barədə xəbərdarlıq edib.