Bayram ərəfəsində turizm bölgələrində kirayə evlərə tələbat artıb QİYMƏTLƏR VİDEO


Digərləri 29 Dek 2017 21:30:00 221 0

Bayram ərəfəsində turizm bölgələrində kirayə evlərə tələbat artıb  QİYMƏTLƏR  VİDEO

Yeni il tətilində bəzi xarici və yerli turistlər istirahət üçün bölgələrə üz tuturlar.

Son.az bildirir ki, bayram ərəfəsində hotel və istirahət mərkəzlərində yerlər tamamilə tutulduğundan fərdi evlərə tələbat artıb.

Hazırda İsmayıllıda fərdi evlərdə boş yer tapmaq çətinləşib.

Regional Mədəniyyət və Turizm İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, rayonda kirayə verilən fərdi evlərin sayı 100-ə yaxındır. Bu evlərin 98 faizi tutulub.

Evini kirayə verən sakinlərdən biri də Rəşid Qəribovdur. O, evini yeni təmir etdirib.

İsmayıllıda fərdi evlərdə 1 günlük qalmağın qiyməti otaqların sayından asılı olaraq, 30-70 manat arasında dəyişir.