İki piyadanı avtomobil vurub


Digərləri 29 Dek 2017 21:24:00 220 0

İki piyadanı avtomobil vurub

Faktla bağlı araşdırma aparılır

Mingəçevir şəhərində iki piyadanı avtomobil vurub. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin "Energetik" yaşayış massivində, Naxçıvan küçəsində qeydə alınıb.

Belə ki, ilkin ehtimala görə, "VAZ-21099" markalı avtomobil dayanacaq istiqamətindən yolu keçmək istəyən Mingəçevir şəhər sakinləri - 1953-cü il təvəllüdlü Məhəmməd Nuru oğlu Alıyev və 1955-ci il təvəllüdlü Akif Əkbər oğlu Şirinovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanaya yerləşdirilib.