"Galatasaray" 3 futbolçu ilə yollarını qərarına gəlib


İdman 29 Dek 2017 21:07:00 310 0

"Galatasaray" 3 futbolçu ilə yollarını  qərarına gəlib

“Galatasaray” klubu qış fasiləsində 3 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Goal.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim fransalı qapıçı Sedrik Karrasso, eləcə də yarımmüdafiəçilər Emrah Başsan və Umut Gündoğanın xidmətində maraqlı deyil. Müdafiəçi Tarık Çamdal, hollandiyalı yarımmüdafiəçilər - Naycel de Yonq və Rayan Donk barədə yekun qərar isə Antalya toplanışından sonra veriləcək. Fatih Terim dekabrın 22-də 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin edilib.