Strateji yol xəritələrinin icra vəziyyəti müzakirə edildi


Digərləri 29 Dek 2017 20:28:00 244 0

Strateji yol xəritələrinin icra vəziyyəti müzakirə edildi

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə tədbirlərin 2017-ci ildə icra vəziyyətinin müzakirəsinə dair növbəti iclas keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda Palata tərəfindən bank sektorunun sağlamlaşdırılması, institutsional infrastrukturunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Sığorta sahəsinin iqtisadiyyatda penetrasiyasının artırılması məqsədi ilə yeni sığorta mexanizmlərinin yaradılması, habelə qiymətli kağızlar bazarlarının inkişafı istiqamətində listinq prosedurlarının təkmilləşdirilməsi, bankların kapital bazarlarına inteqrasiyası kimi məsələlər müzakirə edilib.

Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda qeyd edilən strateji yol xəritəsinin icrası məqsədilə təsdiq olunmuş əməliyyat planına uyğun olaraq cari ilin dekabr ayı ərzində, habelə "Milli Strateji Yol Xəritələrinin 2017-ci il üzrə və növbəti ay üçün keçirilməsi nəzərdə tutulan tədbirlər planı açıqlanıb.