Sumqayıtda dələduzluqla vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı


Digərləri 29 Dek 2017 19:08:00 277 0

Sumqayıtda dələduzluqla vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Tofiq Zeynalovu aldadaraq dələduzluq yolu ilə 1750 manatını almaqda şübhəli bilinən şəhər sakini Şükür Hacıyev saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki,  polis əməkdaşları tərəfindən onun avqust ayında Məhəmməd Abbasovu da eyni üsulla aldadaraq 9200 manatını alması da müəyyən edilib.