"İşsizlikdən Sığorta Fonduna toplanan vəsaitin 40 faizi özünüməşğulluq proqramına yönəldiləcək"


Digərləri 29 Dek 2017 18:58:00 155 0

"İşsizlikdən Sığorta Fonduna toplanan vəsaitin 40 faizi özünüməşğulluq proqramına yönəldiləcək"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki,  tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün göstərmiş olduğu xidmətlərdən bəhs edib. Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin dinamik inkişafını təmin edən uğurlu daxili və xarici siyasəti dünya azərbaycanlılarının həmrəyliyinin və Azərbaycana bağlılıq hissinin güclənməsinə daha da artmasına səbəb olub.

S.Müslümov diqqətə çatdırıb ki, dövlət başçısının məqsədyönlü islahatlar proqramı 2017-ci ildə də ölkədə sosial-iqtisadi inkişaf tempinin davam etməsinə imkan verib: "Cari ilin 11 ayında sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz artıb, qeyri-neft iqtisadiyyatımızda 2,4 faiz, kənd təsərrüfatında 4 faizdən çox artım qeydə alınıb. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb, həmçinin bu hesabatda Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Bu il "Azəri-Çıraq-Günəşli" yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontraktın imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması, ölkəmizdə "İslam Həmrəyliyi İli" olan 2017-ci ildə Azərbaycanın İslam həmrəyliyinə daha bir dəyərli töhfə kimi IV İslam Həmrəyliyi Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi etməsi, bu Oyunlarda idmançılarımızın 162 medalla komanda hesabında birinci olmaları və s. cari ilin əlamətdar tarixi hadisələrindəndir".

S.Müslümov 2017-ci ildə əmək və sosial müdafiə sahələrində də növbəti mühüm uğurlara nail olunduğunu bildirib: "Beynəlxalq əməkdaşlıq sahəsində mühüm uğur kimi Azərbaycanın Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq BƏT-in Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanmasını, bununla həmin mötəbər beynəlxalq qurumun siyasi qərarlarının qəbulu prosesində yaxından iştirak imkanına malik olmasını xüsusi qeyd etmək olar. Həmçinin bu il nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının "Çempion layihə" mükafatına layiq görülərək Azərbaycana İKT-nin uğurlu tətbiqi sahəsində beynəlxalq səviyyədə ilk mükafatı qazandırması bu ilin əsas nailiyyətlərindəndir".

Nazir aktiv sosial müdafiə tədbirlərinin gücləndirilməsi, işsizlikdən sığorta sisteminin yaradılması, sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, əmək resurslarının məşğulluğunun təminatı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, sosial proqramların icrası, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsi və digər istiqamətlərdə mühüm addımların atıldığını vurğulayıb.

Qeyd olunan istiqamətlərdə görülən işləri diqqətə çatdıran S.Müslümov 2017-cı ilin sosial müdafiə siyasətinin aktiv tədbirlər müstəvisində gücləndirilməsində keyfiyyətcə yeni mərhələyə keçid ili kimi yadda qalacağını qeyd edib: "Prezidentin müvafiq Sərəncamının icrası olaraq bu il aktiv tədbirlər vasitəsilə aztəminatlı ailələrin yoxsulluqdan ailə biznesinə çıxışına imkan verən özünüməşğulluq proqramının həyata keçirilməsində ilkin müsbət təcrübə əldə olunub. Həmçinin işsizlikdən sığorta sisteminin yaradılması sahəsində mühüm addım kimi, "İşsizlikdən sığorta haqqında" Qanunun qəbul olunması artıq gələn ildən ölkədə İşsizlikdən Sığorta Fondunun formalaşmasına imkan verib və bu da aktiv xarakterli sosial müdafiə proqramlarının genişlənməsinə şərait yaradacaq. Həmin Fonda toplanması nəzərdə tutulan 89 mln. manat vəsaitin 40,2 faizi və ya 35,8 mln.manatı gələn il özünüməşğulluq proqramına yönəldiləcək".

Sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində cari ildə növbəti islahat tədbirinin həyata keçirildiyini bildirən nazir vurğulayıb ki, bu il "Əmək pensiyaları haqqında" Qanuna edilən, 2017-ci il iyulun 1-dən qüvvəyə minən mütərəqqi dəyişikliklər sığorta-pensiya sisteminin daha etibarlı əsaslar üzərində sabit və uzunmüddətli inkişafına, əhalinin layiqli pensiya təminatı imkanlarının artırılmasına səbəb olub: "Bu tədbirlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Buna misal olaraq, Beynəlxalq Valyuta Fondunun işçi heyətinin ölkəmizə səfərinin yekunlarına dair həmin işçi heyətin bu günlərdə açıqladığı bəyanatda Azərbaycanda yeni işsizlikdən sığorta fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi, passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi sosial təminat və əmək bazarı sahələrində mühüm nailiyyətlər kimi qeyd olunub".

Əmək resurslarının məşğulluğunun təminatı sahəsində 2017-ci ildə də məqsədyönlü işlərin aparıldığını bildirən nazir məşğulluq orqanları tərəfindən cari ilin 11 ayında 46 048 nəfər şəxsin münasib işlərlə, 1143 nəfər şəxsin ödənişli ictimai işlərlə təmin edildiyini, nazirliyin xətti ilə 3511 nəfərin peşə hazırlığı kurslarına qəbul olunduğunu diqqətə çatdırıb: "Gələn il isə peşə hazırlığı və əlavə təhsil, ictimai işlərin təşkili və s. aktiv əmək bazarı tədbirlərinə 2017-ci illə müqayisədə 3,7 dəfə çox vəsait yönəldiləcək ki, bu da qeyd olunan tədbirlərə cəlb olunanların sayının da dəfələrlə artmasını şərtləndirəcək".

Qərargah: Alpinistlərin axtarışı sabah da davam etdiriləcək like
  • 29 Dek 18:51  
Digərləri Qərargah: Alpinistlərin axtarışı sabah da davam etdiriləcək

Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axta

arrow Ətraflı
AZALın sərnişini Vnukovo aeroportunun 18 milyonuncu sərnişini oldu like
  • 29 Dek 18:48  
Digərləri AZALın sərnişini Vnukovo aeroportunun 18 milyonuncu sərnişini oldu

Moskvanın Vnukovo beynəlxalq hava limanı 2017-ci ildə 18 milyonuncu sərniş

arrow Ətraflı
Zaur Darabzadə: "Bu gün "CinemaPlus" Azərbaycanın ən böyük əyləncə mərkəzidir" like
  • 29 Dek 18:42  
Digərləri Zaur Darabzadə: "Bu gün "CinemaPlus" Azərbaycanın ən böyük əyləncə mərkəzidir"

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzad

arrow Ətraflı
Övladlarından Mananaya ad günü sürprizi  VİDEO like
  • 29 Dek 18:36  
Şou-biznes Övladlarından Mananaya ad günü sürprizi VİDEO

Övladları Elizabet və David əməkdar artist Manananı ad günü münasibəti

arrow Ətraflı
Vaqif Cavadov "Keşlə"də like
  • 29 Dek 18:33  
İdman Vaqif Cavadov "Keşlə"də

Bir müddətdir klubsuz olan Vaqif Cavadov karyerasını "Keşlə"d

arrow Ətraflı
Bakı qəsəbələrinin birində badam bağı salınacaq like
  • 29 Dek 18:30  
Digərləri Bakı qəsəbələrinin birində badam bağı salınacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonund

arrow Ətraflı
Məşhur türk müğənni metroda  FOTO like
  • 29 Dek 18:24  
Digərləri Məşhur türk müğənni metroda FOTO

Daha bir məşhur metrodan istifadə edənlər sırasına qoşulub.

arrow Ətraflı
"Muğam axşamlar"ı  layihəsinin yekun konserti keçirildi like
  • 29 Dek 18:18  
Kriminal "Muğam axşamlar"ı layihəsinin yekun konserti keçirildi

Dekabrın 27- də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı  ilə k

arrow Ətraflı
Arda: "Türkiyədə "Galatasaray"dan başqa klubda oynamağım mümkün deyil" like
  • 29 Dek 18:15  
İdman Arda: "Türkiyədə "Galatasaray"dan başqa klubda oynamağım mümkün deyil"

Qışda "Barcelona"dan getməsi gözlənilən Arda Turanın "Beşiktaş", "M

arrow Ətraflı
Ağ dərili, ağ saçlı gözəl  Özümə güvənirəm  FOTO like
  • 29 Dek 18:12  
Digərləri Ağ dərili, ağ saçlı gözəl Özümə güvənirəm FOTO

24 yaşlı meksikalı model Rubi Vizkarra albinosdur.

arrow Ətraflı
Bu il Ermənistanı 40 mindən çox adam tərk edib like
  • 29 Dek 18:11  
Digərləri Bu il Ermənistanı 40 mindən çox adam tərk edib

2017-ci ilin ikinci hissəsinə olan vəziyyətə görə, xaricdə 200 minə yax

arrow Ətraflı
"Neftçi" iki məşqçi ilə yollarını ayırıb like
  • 29 Dek 18:10  
Digərləri "Neftçi" iki məşqçi ilə yollarını ayırıb

"Neftçi" PFK iki məşqçi ilə yollarını ayırıb.

arrow Ətraflı
Azər Türk Bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir like
  • 29 Dek 18:10  
Digərləri Azər Türk Bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir

Dövlət bankı "Azər Türk Bank" bir neçə maliyyə-kredit qurumunu

arrow Ətraflı