Qərargah: Alpinistlərin axtarışı sabah da davam etdiriləcək


Digərləri 29 Dek 2017 18:51:00 286 0

Qərargah: Alpinistlərin axtarışı sabah da davam etdiriləcək

Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bakı. Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından Trend-ə verilən məlumata görə, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edirdi.