Bakı qəsəbələrinin birində badam bağı salınacaq


Digərləri 29 Dek 2017 18:30:00 236 0

Bakı qəsəbələrinin birində badam bağı salınacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Bakı. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Nazirlikdən Trend-ə verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunun Əmircan qəsəbəsində işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: - startap layihələrin maliyyələşdirilməsi; - ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması; - istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması, badam bağının salınması; - plastik və karton tara istehsalı müəssisələrinin yaradılması.