Azər Türk Bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir


Digərləri 29 Dek 2017 18:10:00 297 0

Azər Türk Bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir

Dövlət bankı "Azər Türk Bank" bir neçə maliyyə-kredit qurumunun, o cümlədən "Azər Türk Bank"ın aktivlərinin kəskin azalması ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib.

Son.az-a daxil olan açıqlamada qeyd olunur ki, "Azər Türk Bank"ın aktivlərinin həcmi yazıda 63 faiz deyil, bu ilin əvvəlindən etibarən 37 faiz azalıb: "Bunun da obyektiv səbəbləri var. Belə ki, 2015- ci ildə Azərbaycan Mərkəzi Bankının "Bank Standart"ın sağlamlaşdırılması üçün yönəltdiyi yüksək məbləğdə vəsait "Azər Türk Bank" tərəfindən Mərkəzi Banka qaytarılıb. Bundan əlavə, bəzi kreditləşmə əməliyyatlarının maliyyələşdirilməsi üçün cəlb edilmiş, lakin hazırkı bazar şərtlərinə uyğun olmayan, yüksək faizli depozitlərin müştərilərə ödənilməsi sözsüz ki, aktivlərin bir qədər də azalmasını şərtləndirib".

Qeyd olunub ki, bankın kapital mövqeyi Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi səviyyədən yüksəkdir: