"Ripple" qlobal reytinqdə ikinci pilləyə yüksəlib


İqtisadiyyat 29 Dek 2017 17:54:23 264 0

"Ripple" qlobal reytinqdə ikinci pilləyə yüksəlib

"Bitcoin"in bazar payı 41%-ə kimi geriləyib

"Ripple" kriptovalyutası kapitallaşmasına görə "Ethereum"u ötərək qlobal reytinqdə "Bitcoin"dən sonra ikinci sıraya yerləşib.

"Report" xəbər verir ki, "Ripple"in qiyməti bu gün 38% artaraq 1,86 dollara yüksəlib və kapitallaşması 72,1 mlrd. dollar təşkil edib. "Ethereum"un qiyməti isə bu gün 2,95% artıb və kapitallaşması 71,5 mlrd. dollara bərabər olub.

Xatırladaq ki, kriptovalyuta bazarının məcmu kapitallaşması 582 mlrd. dollar təşkil edir. "Bitcoin" 41,6% bazar payı ilə ilk sırada qərarlaşıb. "Report"un analitik qrupu "Bitcoin"in getdikcə kriptovalyuta bazarında rolunun azalacağını istisna etmir. Tədricən daha faydalı və tələblərə uyğun işlənib hazırlanmış "altcoin"lər yaradılaraq "Bitcoin" hakimiyyətinə son qoyula bilər və yəqin ki, bu, belə də olacaq.

Hazırda pul köçürmələrində istifadə olunan və əsasən, Avropa bankları tərəfindən istifadə edilən "Ripple" koini daha maraqlı və pozitiv gələcək vəd edən investisiya aləti kimi görünür. 

Qeyd edək ki, Türkiyənin muhafizəkar bankı kimi tanınan "Akbank" da "Ripple" blokçeynindən istifadə edərək pul köçürmələrinə başladığını elan edib və bu yolla xeyli vəsaitə qənaət edəcəyini bildirib.

Xatırladaq ki, kroptovalyuta bazarında hazırda 1 370 "altcoin", 7 413 birja fəaliyyət göstərir.