Arda: "Türkiyədə "Galatasaray"dan başqa klubda oynamağım mümkün deyil"


İdman 29 Dek 2017 18:15:00 313 0

Arda: "Türkiyədə "Galatasaray"dan başqa klubda oynamağım mümkün deyil"

Qışda "Barcelona"dan getməsi gözlənilən Arda Turanın "Beşiktaş", "Medipol Başakşehir", "Trabzonspor" kimi klubların maraq dairəsində olduğu deyilirdi. Goal.az xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə 30 yaşlı yarımmüdafiəçi yaxın ətrafına bu barədə danışıb.

"Mən indi "Galatasaray"ın futbolçusu deyiləm, amma hər zaman bu kluba azarkeşlik edəcəm. O rənglərə könüldən bağlıyam. Bu səbəbdən Türkiyədə "Galatasaray"dan başqa klubda oynamağım mümkün deyil. Çıxan iddialara inanmayın".

Ardanın "Com bom"un baş məşqçisi Fatih Terimlə münasibətləri də soyuqdur. Terim Türkiyə millisinin sükanı arxasında olanda futbolçu ilə arasında narazılıq baş vermişdi."Sarı qırmızılar"ın sabiq çalışdırıcısı İqor Tudorun dönəmində Ardanın "Galatasaray"a qayıdışı yenidən gündəmə gəlmişdi. Türk futbolçunun "Barcelona" ilə müqaviləsi 2020-ci ilin yayına kimi nəzərdə tutulub. O, komandada son dəfə 2017-ci il 26 apreldə "Osasuna" ilə görüşdə meydana çıxmışdı.