"Bakıdakı möhtəşəm Milad bəzəkləri narahat dünyaya ümid bəxş edir"


Digərləri 29 Dek 2017 18:00:00 332 0

"Bakıdakı möhtəşəm Milad bəzəkləri narahat dünyaya ümid bəxş edir"

"Bakıdakı möhtəşəm Milad bəzəkləri narahat dünyaya ümid bəxş edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bir müddət əvvəl Bakıda olmuş amerikalı politoloq Raul Louri Kontreras yazıb.

"The Hill" qəzetində dərc olunmuş "Bayram ümidi: sülh içində yaşayan xristianlar və müsəlmanlar haqqında" məqaləsində müəllif Azərbaycanda müxtəlif məzhəblərin nümayəndələrinin tolerantlıq və dinc birgəyaşayış şəraitində yaşadığını vurğulayır.

R.L.Kontreras qeyd edib ki, o Bakıya "İslam həmrəyliyi ili - 2017: Dinlərarası və mədəniyyətlərarası dialoq" konfransında iştirak etmək üçün gəlmişdi: "Konfransı Azərbaycan Prezidenti İlham Əliyev açdı. Onun çıxışı çox tolerant idi və konfransa müsbət yön verdi. O qeyd etdi ki, Azərbaycanın ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Konfransda bütün çıxış edənlər Prezident İlham Əliyevə dəstəklərini ifadə etdilər".

Müəllif həmçinin yazıb ki, o, Bakıda rus pravoslav kilsəsini, Roma katolik kilsəsini, sünni və şiə məscidlərini və yəhudi sinaqoqunu ziyarət edib: "Bakıda həm də erməni kilsəsi var, burada beş mindən çox qədim erməni kitabı saxlanılır. Azərbaycanda digər dinlərin, o cümlədən bəhailiyin və zərdüştliyin nümayəndələrinin azadlıqları təmin olunur".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində