Prezident İlham Əliyev Kuba rəhbərini təbrik edib


Siyasət 29 Dek 2017 18:05:00 231 0

Prezident İlham Əliyev Kuba rəhbərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Kuba Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim sülh və firavanlıq diləyirəm".