Sürücülərin söhbət etməsinə görə cərimələnməsi müddəası qanunvericilikdən çıxarılıb - RƏSMİ


Siyasət 29 Dek 2017 17:36:00 302 0

Sürücülərin söhbət etməsinə görə cərimələnməsi müddəası qanunvericilikdən çıxarılıb - RƏSMİ

Prezident İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

“Report”un xəbərinə görə, məcəllənin 342-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinin 342.1.2-ci bəndi çıxarılıb.

Bu bəndə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilirdi.