"Juventus" Dibalanı cəza olaraq əsas heyətdən uzaqlaşdırıb


İdman 29 Dek 2017 17:30:00 255 0

"Juventus" Dibalanı cəza olaraq əsas heyətdən uzaqlaşdırıb

"Juventus"un argentinalı hücumçu Paulo Dibalanı əsas heyətdən nə üçün kənarlaşdırması bağlı versiya irəli sürülüb. Goal.az xəbər verir ki, klubun idman direktoru Beppe Marotta onun agentinin PSG ilə danışıqlar apardığını öyrənəndən sonra bu addımı atıb. Sosial şəbəkə paylaşımları ilə Dibalanın meneceri ilə "Manchester City" və "Barcelona"nın nümayəndələri arasında görüşün baş tutduğu da məlum olub. 24 yaşlı forvardın "qoca senyora" ilə müqaviləsi 2022-ci ilin yayına kimi qüvvədədir.  Dibala bir müddət öncə verdiyi açıqlamada "Juventus"da uzun müddət qalmaq istəmədiyinə işarı vurmuşdu.