"Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması bu sahənin inkişafına əlavə təkan verəcək"


Digərləri 29 Dek 2017 17:08:00 311 0

"Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması bu sahənin inkişafına əlavə təkan verəcək"

"Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin fəaliyyətə başlamasından sonra həyata keçiriləcək tədbirlər bu sahənin inkişafına əlavə təkan verəcək".

Son.az xəbər verir ki, bunu Trend-in suallarını cavablandıran iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, agentliyin öhdəliklərinə kiçik və orta sahibkarlığın inkişafına dəstək, kiçik və orta sahibkarlıq subyektlərinə bir sıra xidmətlərin göstərilməsi, eləcə də bu subyektlər tərəfindən istehsal olunan məhsulun satışına dəstək daxil olacaq.

S.Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi də agentliyin xidmət sahəsinə daxil olacaq.


Xəbərə aid fotolar