Son 11 ildə Kanada vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb - FOTO


Siyasət 29 Dek 2017 16:53:44 254 0

Son 11 ildə Kanada vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb - FOTO

Son on ildə 781 nəfər yüksək ixtisaslı mütəxəssis Azərbaycandan Kanadaya köçüb

2006-2016-cı illərdə 2293 Azərbaycan vətəndaşı naturalizasiya qaydasında Kanada vətəndaşlığı alıb.

Bunu “Report”un sorğusuna cavab olaraq Kanadanın Vətəndaşlıq və İmmiqrasiya Nazirliyindən bildiriblər.

Azərbaycan vətəndaşlarına Kanada vətəndaşlığı verilməsi ilə bağlı ən yuxarı göstərici 2006-cı ildə qeyd alınıb. Həmin il 302 azərbaycanlıya Kanada passportu verilib. Bu sahədə ən aşağı göstərici isə ötən ilin payına düşür. Belə ki, 2016-cı ildə cəmi 92 nəfər azərbaycanlı Kanada passportu əldə edib.  

Federal və Kvebek İxtisaslı İşçi proqramları vasitəsilə son on ildə 781 nəfər yüksək ixtisaslı mütəxəssis Azərbaycandan Kanadaya köçüb. Bundan başqa qeyd olunan dövrdə İnvestorlar üçün Federal İmmiqrasiya Proqramı çərçivəsində Azərbaycan vətəndaşı olan 7 iş adamı Kanadaya investisiya qoyub.

Qeyd edək ki, əlverişsiz olduğundan Kanada höküməti 2014-cü ildə həmin proqramı ləğv edib. Proqramın şərtlərinə görə biznesmendən ölkə iqdisatiyyatına ən azı 800 min Kanada dolları (640 min ABŞ dolları) həcmində yatırım etmək tələb olunurdu.

Vüsal Əzizov