"Dolma və kamançanın UNESCOnun siyahısına salınması mədəniyyətimizin təntənəsidir"


Kriminal 29 Dek 2017 16:58:00 354 0

"Dolma və kamançanın UNESCOnun siyahısına salınması mədəniyyətimizin təntənəsidir"

"Mətbəximizin ləziz təamlarından dolmanın və musiqi irsimizin nümunəsi kamançanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması çoxəsrlik mədəniyyətimizin daha bir təntənəsidir".

Son.az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət və turizm ictimaiyyətinə ünvanlanan təbrikində deyib.

Nazir bildirib ki, ölkəmizin əldə etdiyi bu nailiyyətlər məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gerçəkləşib.