Marqvelaşvili: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafa nail olub


Siyasət 29 Dek 2017 16:36:00 357 0

Marqvelaşvili: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafa nail olub

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Zati-aliləri. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafa nail olub. Əminəm ki, strateji tərəfdaşlar olaraq xalqlarımızın qarşılıqlı mənafeyi naminə bizim birgə səylərimiz sayəsində əməkdaşlığımızın genişlənməsi daha böyük nailiyyətlərə gətirib çıxaracaq.

Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.

Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".