Rektor: Rezidentlərin imtahanlarda yüksək qiymətlər alması reallığı tam əks etdirmir


Digərləri 29 Dek 2017 16:31:00 470 0

Rektor: Rezidentlərin imtahanlarda yüksək qiymətlər alması reallığı tam əks etdirmir

"Rezidentlərin buraxılış imtahanlarında yüksək qiymətlər alması çox sevindirici hal olsa da, əslində təəssüf ki, reallığı tam əks etdirmir.

Bakı. İlhamə İsabalayeva - "Rezidentlərin buraxılış imtahanlarında yüksək qiymətlər alması çox sevindirici hal olsa da, təəssüf ki, reallığı tam əks etdirmir. Bu baxımdan gələcək işlərimizdə bu hala xüsusi diqqət ayırmağımız gərəkdir". Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli bildirib. Onun sözlərinə görə, bu il universitetin Hərbi Tibb Fakültəsini bitirənlər də daxil olmaqla, 458 həkim-mütəxəssisin buraxılışı olub. Həmin buraxılışdan 359 nəfər həkim-mütəxəssis təyinatla daha çox tələbat olan tibb müəssisələrinə göndərilib. G.Gəraybəyli bildirib ki, rezidentura təhsilinin keyfiyyətinin artırılması istiqamətində ardıcıl işlər görülüb və hazırda da davam etdirilir. Rezidenturaya qəbul planı ardıcıl olaraq artırılaraq, 2017-ci ildə 471 yer olub. 2011-ci ildən başlayaraq, 3255 nəfər rezidenturaya qəbul olunub. 10 ixtisas üzrə rezidentura təhsil proqramları təkmilləşdirilərək təsdiq üçün hazırlanıb: “Bu il ilk dəfə olaraq bütün bazalar üzrə dövrü və yekun atestasiyalar ATU-da keçirilib. Rezidentlər təcrübə keçmək və kliniki bacarıqları artırmaq üçün xarici ölkələrin qabaqcıl klinikalarına rotasiyalara göndəriliblər". Rezidentura təhsilinin keyfiyyətinin artırılması istiqamətində ardıcıl işlər görülüb və hal-hazırda da davam etdirilir. Rezidenturaya qəbul planı ardıcıl olaraq artırılaraq, 2017-ci ildə 471 nəfər olub. 2011-ci ildən başlayaraq, 3255 nəfər rezidenturaya qəbul olunub. 10 ixtisas üzrə rezidentura təhsil proqramları təkmilləşdirilərək təsdiq üçün hazırlanıb: “Bu il ilk dəfə olaraq bütün bazalar üzrə dövrü və yekun atestasiyalar ATU-da keçirilib. Rezidentlər təcrübə keçmək və kliniki bacarıqları artırmaq üçün xarici ölkələrin qabaqcıl klinikalarına rotasiyalara göndəriliblər. 2017-ci ildə ATU REC 5 elmi konfransda 24 ixtisas üzrə 192 elmi iş çap edilib. 2017-ci ildə rezidenturada 38 ixtisas üzrə, Naxçıvan Dövlət Universiteti və ATU-nun Hərbi Tibb Fakültəsini bitirənlər də daxil olmaqla, 458 həkim-mütəxəssisin buraxılışı olub və həmin buraxılışdan 359 nəfər həkim-mütəxəssis təyinatla daha çox tələbat olan tibb müəssisələrinə göndərilib".