Tibb Universitetinin müəllimlərinin fəaliyyəti bal-reytinq sistemi ilə qiymətləndiriləcək


Digərləri 29 Dek 2017 16:20:00 497 0

Tibb Universitetinin müəllimlərinin fəaliyyəti bal-reytinq sistemi ilə qiymətləndiriləcək

Azərbaycan Tibb Universitetində professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün əsasnamə hazırlanıb və bununla bağlı işçi komissiya fəaliyyətə başlayıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Tibb Universitetində (ATU) professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün əsasnamə hazırlanıb və bununla bağlı işçi komissiya fəaliyyətə başlayıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli bildirib ki, dünya tibb təhsilinə inteqrasiya etmək, eləcə də kafedraların tədris proqramlarını inkişaf etmiş ölkələrin tədris proqramlarına uyğunlaşdırmaq məqsədilə bu il ərzində ATU-da “Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə” qəbul edilib, bu vəzifələrin icrası üçün yeni “Təhsilin keyfiyyətinini təminatı və innovasiya” şöbəsi yaradılıb.