Misirdə kilsəyə silahlı hücum nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb - YENİLƏNİB-2


Dünya 29 Dek 2017 16:02:00 345 0

Misirdə kilsəyə silahlı hücum nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb - YENİLƏNİB-2

Hücum edənlərdən biri polis tərəfindən zərərsizləşdirilsə də, digəri qaçıb

Misirin paytaxtı Qahirənin ətrafındakı Xeluan şəhərində naməlum silahlı şəxslərin Mar-Mina kilsəsinə hücumu nəticəsində ölənlərin sayı 9, yaralıların sayı isə 10 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb.

Ölənlərdən 4-ü kilsəni mühafizə edən polis, 5-i isə mülki şəxsdir.

Terror hücumunda 5 nəfər iştirak edib. Polislə onlar arasında atışma 10 dəqiqə çəkib.

*** 15:21

Misirin paytaxtı Qahirənin ətrafındakı Xeluan şəhərində naməlum iki silahlı şəxsin kilsəyə hücumu nəticəsində ikisi polis olmaqla 5 nəfər ölüb, 5 nəfər yaralanıb. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb. 

Hücum edənlərdən biri polis tərəfindən zərərsizləşdirilsə də, digəri qaçıb. 

*** 14:42

Misirin paytaxtı Qahirədə naməlum silahlı şəxs kilsəyə hücum edib. 

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, onun açdığı atəş nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Polis silahlı şəxsi zərərsizləşdirib.