Azərbaycan və İsrail əməkdaşlıq üçün yeni perspektivlər axtarır


Siyasət 29 Dek 2017 16:04:25 304 0

Azərbaycan və İsrail əməkdaşlıq üçün yeni perspektivlər axtarır

İsrailin Azərbaycandakı səfiri Pirallahı rayonuna səfər edib

İsrailin Azərbaycandakı səfiri Dan Stav və onun müavini Avital Rozenberq Azərbaycanın Pirallahı rayonuna səfər edib.

"Report" İsrailin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, orada onlar adanın infrastrukturu və onun inkişaf planları, eləcə də sahildə turistik şəhərin yaradılması üzrə planla tanış olublar. 

Nümayəndə heyəti həmçinin Nərəkənd balıqyetişdirmə kompleksində olaraq balıq bazarının xüsusiyyətləri, eləcə də sahilin təmizlənməsi və bu rayonda su turizminin gələcək inkişafı ilə bağlı planlarla tanış olub.

Qeyd edilib ki, onlar nisbətən qısa müddət ərzində görülən işlərə heyran qalıblar. Səfir eyni zamanda sənaye parkında, yüksək texnologiyalar parkında və "Abşeronneft" NQÇİ-də olub.

Səfirlikdən verilən məlumata görə, səfərdən sonra İsrail bərpa olunan enerji, suyun distilləsi, turizm, balıqçılıq, əczaçılıq, istixana təsərrüfatı, eləcə də su resurslarının idarə edilməsi kimi sahələrdə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını öyrənir.