"Sədərək"də külli miqdarda pirotexniki vasitə satışdan çıxarıldı FOTO


Digərləri 29 Dek 2017 16:08:00 339 0

"Sədərək"də külli miqdarda pirotexniki vasitə satışdan çıxarıldı  FOTO

Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.

Belə ki, BBGİ əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində əməliyyat tədbirləri keçiriblər.

Nəticədə, ticarət mərkəzinin ərazisində 27719 ədəd pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Xəbərə aid fotolar