Naqil oğurlayan keçmiş məhkum saxlanıldı VİDEO FOTO


Digərləri 29 Dek 2017 15:30:00 356 0

Naqil oğurlayan keçmiş məhkum saxlanıldı  VİDEO  FOTO

Nizami Rayon Polis İdarəsinə müraciət edən tikinti şirkətlərindən birinin rəhbərliyi inşa etdikləri binanın 10-cu mərtəbəsində uzunluğu 200 metr olan naqilin oğurlandığı barədə məlumat verib.

Son.az ARB TV-yə istiandla xəbər verir ki, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Röyal Məmmədov saxlanılıb.

Saxlanılan şəxs naqillərin bir hissəsini yandıraraq, əldə etdiyi mis kütləni paytaxt ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrindən birinə satıb.


Xəbərə aid fotolar