Misirdə kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB


Dünya 29 Dek 2017 15:21:00 213 0

Misirdə kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB

Hücum edənlərdən biri polis tərəfindən zərərsizləşdirilsə də, digəri qaçıb

Misirin paytaxtı Qahirənin ətrafındakı Xeluan şəhərində naməlum iki silahlı şəxsin kilsəyə hücumu nəticəsində ikisi polis olmaqla 5 nəfər ölüb, 5 nəfər yaralanıb. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb. 

Hücum edənlərdən biri polis tərəfindən zərərsizləşdirilsə də, digəri qaçıb. 

*** 14:42

Misirin paytaxtı Qahirədə naməlum silahlı şəxs kilsəyə hücum edib. 

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, onun açdığı atəş nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Polis silahlı şəxsi zərərsizləşdirib.