İŞİD İraqda əks hücumlara başladı


Dünya 29 Dek 2017 15:20:00 267 0

İŞİD İraqda əks hücumlara başladı

İŞİD terror qruplaşması İraqda əks hücumlara başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Telegram" sosial şəbəkəsində terrorçuların fəaliyyətini işıqlandıran "Directorate 4" kanalı məlumat yayıb.

Bildirilir ki, terrorçular Kərkük və Havica şəhərlərindəki bir sıra yaşayış məntəqələrini ələ keçirib və peşmərgənin (kürd qüvvələri) Kərkük və Tuzxurmatudakı mövqelərinə hücum ediblər. Sammar şəhərindən cənubda da İŞİD-in hücumları barədə məlumat verilir.