Səbaildə piyadanı vuran sürücü saxlanılıb


Digərləri 29 Dek 2017 15:26:04 305 0

Səbaildə piyadanı vuran sürücü saxlanılıb

Füzuli rayon sakini Həsənağa Hümbətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bakı. Səbaildə piyadanı vuran sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 23-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Pərviz Məmmədov vurulub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib.