TürkPA baş katibi: "Azərbaycan qlobal dialoq mərkəzinə çevrilib"


Digərləri 29 Dek 2017 15:12:00 305 0

TürkPA baş katibi: "Azərbaycan qlobal dialoq mərkəzinə çevrilib"

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovu qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, görüşdə tərəflər Assambleyanın hazırki və gələcək fəaliyyətinə toxunaraq, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Bu xüsusda, TürkPAnın üzv dövlətlər arasında mövcud ortaq tarix, mədəniyyət və etnik bağlılıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolu oynadığı vurğulanıb.

Habelə, TürkPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığına dair müzakirə aparılıb.