Bakıdan Kazana uçan təyyarə təcili enməli oldu


Digərləri 29 Dek 2017 15:18:00 234 0

Bakıdan Kazana uçan təyyarə təcili enməli oldu

Bu gün saat 9:00-da Bakıdan Kazana J2-9575 saylı aviareyslə hərəkət edən sərnişin təyyarəsi Nijni Novqorod hava limanına enməli olub. 

Son.az xəbər verir ki, bu barədə report-a "Buta Airways" aviaşirkətindən məlumat verilib.

Məlumata görə, təyinat nöqtəsinin dəyişdirilməsinə səbəb Kazandakı əlverişsiz hava şəraiti olub. Son nəticədə təyyarə hava limanına enə bilməyib və Nijni Novqoroda hərəkət edib. Eniş ştat rejimində baş tutub.