Türkiyə və Rusiya arasında saziş imzalandı


Dünya 29 Dek 2017 14:41:00 288 0

Türkiyə və Rusiya arasında saziş imzalandı

Ankarada Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükü üçün kredit razılaşması imzalanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə TRT məlumat yayıb. 

Qeyd edək ki, Rusiyaın "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov Türkiyəyə 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi satacaqlarını bildirib. O deyib ki, vəsaitin 55%-nin ödənişi üçün Rusiya tərəfindən Türkiyəyə kredit veriləcək. Türkiyənin müdafiə naziri Nurəddin Canikli də bir gün əvvəl bütün məsələlər üzrə razılıq əldə olunduğunu açıqlayıb.