Polislər maşında keçi, porsuq, dovşan leşləri aşkar etdilər


Digərləri 29 Dek 2017 14:24:00 360 0

Polislər maşında keçi, porsuq, dovşan leşləri aşkar etdilər

"Geely" markalı bir avtomobil Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində şübhə doğurduğundan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Saatlı rayon sakini Zakir Fətəliyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı oradan heyvan leşləri aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı sürücü onların 2 ədəd dağ keçisi, 2 ədəd porsuq və 4 ədəd dovşana aid olduğunu və onları aldığını bildirib.

Götürülmüş cəsədlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub.

Rəydən sonra məsələyə hüquqi qiymət veriləcək.